AZ

Premyer Liqa: “Kəpəz” böyük hesabla uduzub

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 24 oktyabr, AZƏRTAC

Misli Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Kəpəz” Qəbələdə “İmişli”ni qəbul edib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Luis Silvestr, Dioqo Almeyda və Rafael Vieqaş vurublar. Gəncə klubu 28-ci dəqiqədən etibarən azlıqda mübarizə aparıb. Belə ki, qapıçı Məmməd Hüseynov qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu qələbədən sonra xallarını 12-yə çatdıran “İmişli” 7-ci pilləyə yüksəlib. “Kəpəz” isə 3 xalla sonuncu – 12-ci sırada qərarlaşıb.

Günün ilk matçında “Turan Tovuz” Şamaxıda "Karvan-Yevlax"a 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turun digər oyunları oktyabrın 25-26-da keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
145
2
azertag.az

3Mənbələr