AZ

“Turan Tovuz”dan qələbə, “Kəpəz” uduzdu

Misli Premyer Liqasında IX tura bu gün start verilib.

İdmanxeber.az-ın məlumatına görə, ilk oyun günündə iki matç keçirilib.

Açılış qarşılaşmasında “Turan Tovuz” “Karvan-Yevlax”ın qonağı olub. Görüş Tovuz təmsilçisinin qələbəsilə başa çatıb – 2:1.

Bu nəticənin ardından “Turan Tovuz” 18 xalla liderliyə yüksəlib. “Karvan Yevlax” isə 5 xalla 9-cudur.

Günün ikinci görüşündə “Kəpəz” “İmişli” ilə üz-üzə gəlib. Matç İmişli təmsilçisinin qalibiyyəti ilə başa çatıb – 3:0. 

Bu nəticənin ardından “İmişli” 12 xalla 7-ci, “Kəpəz” isə 3 xalla sonuncudur.

Misli Premyer Liqası

I dövrə, IX tur

24 oktyabr

14:30. “Karvan-Yevlax”– “Turan Tovuz” 1:2

Qollar: Şakil Sno, 69 (1:0), Alexandro Serrano, 71 (1:1), Roberto Olabe, 77 (1:2)

Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev.

VAR: Əliyar Ağayev.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Şamaxı şəhər stadionu

17:00. “Kəpəz” – “İmişli” 0:3

Qol: Juninio, 45+2, Dioqo Almeyda, 60, Rafael Veqaş, 90+4

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov.

VAR: Cavid Cəlilov.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Eldar Məmmədov.

Qəbələ şəhər stadionu

Qeyd edək ki, tura oktyabrın 26-da yekun vurulacaq.

Seçilən
34
1
idmanxeber.az

2Mənbələr