AZ

Masallıda heyvan bazarında monitorinq keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi, Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsi və yerli icra nümayəndəliyinin əməkdaşları ilə birgə Masallı rayonunun Kosakül kəndində fəaliyyət göstərən heyvan bazarında monitorinq aparılıb.

Bu barədə AZƏRTAC-a agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, bazar ərazisinə gətirilən nəqliyyat vasitələri dezinfeksiya edilib, iri və xırdabuynuzlu heyvanlara baxış keçirilib, qeydə alınmış nöqsanların aradan qaldırılması barədə müvafiq göstərişlər verilib.

Seçilən
40
ekologiya.az

1Mənbələr