AZ

Rusiya azərbaycanlı jurnalisti "xarici agent" elan etdi

Rusiya azərbaycanlı jurnalist Ruslan Süleymanovu "xarici agent" elan edib.

"Unikal" xəbər verir ki, jurnalistin adı Rusiya Ədliyyə Nazirliyinin yenilənmiş "xarici agentlər" reyestrinə daxil edilib. Bundan başqa, jurnalist İrina Novik (Kuzmiçeva), jurnalist Nino Rosebaşvili, bloger Dmitri Çernışevski "xarici agent" elan ediliblər. 

Rusiya hakimiyyəti qeyd edib ki, bu şəxslər Rusiya siyasəti haqqında yalan məlumat yayır və digər xarici agentlər, arzuolunmaz təşkilatlarla əməkdaşlıq edirlər.

Seçilən
99
unikal.az

1Mənbələr