AZ

Bakıda BNF Nəqliyyatın İdarə Olunması Şurasının iclası keçirilib

Bakı. Trend:

Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumunda (BNF) sədrliyiçərçivəsində Bakıda BNF-nin dördüncü rüb iclasları keçirilib. Eynizamanda Nəqliyyatın İdarə Olunması Şurasının görüşü də baştutub.

Trend xəbərverir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təşkilolunan toplantının açılışında Beynəlxalq Nəqliyyat Forumunun Başkatibi Yunq Ta Kim çıxış edərək iclasın yüksək səviyyədəkeçirilməsinə görə Azərbaycana minnətdarlığını bildirib.

İclasda gündəlikdəki bir sıra mühüm məsələlər müzakirə edilib.Gündəlik və əvvəlki iclasların protokolları təsdiqlənib. Sonra Başkatib forumun fəaliyyəti və görülən işlər haqqında hesabat, eləcədə 2026-cı il üçün İş Proqramı və Büdcə layihəsini təqdim edib.

Tədbirdə, həmçinin BNF-nin strateji tövsiyələrinin icrasına dairmonitorinq mexanizmi, Yol Nəqliyyatı Qrupu və Tədqiqat Komitəsininfəaliyyəti, beynəlxalq nəqliyyat tədqiqatlarının sənədləşdirilməsiüzrə strateji baxış kimi məsələlər barədə məlumatlar təqdimolunub.

Azərbaycan tərəfi vurğulayıb ki, 2026 – 2027-ci illər üçünTədqiqat Komitəsinin İş Proqramı ölkəmizin sədrliyi dövrününprioritetlərini – beynəlxalq nəqliyyat əlaqələrininrəqəmsallaşdırılması və şəhər nəqliyyatının inkişafıistiqamətlərində hazırlanacaq tövsiyələri dəstəkləməsi baxımındanxüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, Azərbaycanın BNF-də sədrlik dövründə prioritetləribeynəlxalq nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi, Forumunüzvlüyünün genişləndirilməsi, ECMT Çoxsaylı Lisenziya Sisteminə üzvölkələrin sayının artırılması ilə bilik mübadiləsinin təşviqiməsələlərini əhatə edir. Bu istiqamətlər çərçivəsində Azərbaycandayanıqlı, inteqrasiya olunmuş və innovativ nəqliyyat siyasətininformalaşmasına töhfə verməyi hədəfləyir.

Həmçinin iclasda 2026-cı il Sammitinin proqram layihəsi barədəməlumat təqdim olunub və Azərbaycan sədrliyinin nazirlər üçüntövsiyə sənədinə dair təklifləri müzakirə edilib.

Toplantının sonunda Türkiyənin 2027 – 2028-ci illər üzrə BNFsədrliyini öz üzərinə götürəcəyi elan olunub. İştirakçı ölkələrəməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.

Məqalədə:
Seçilən
111
4
az.trend.az

10Mənbələr