AZ

Keçmiş prezidentə qarşı məhkəmə prosesi başlandı – Varşavada

Varşava Dairə Məhkəməsi bu gün Polşanın keçmiş prezidenti Andjey Dudanın “kinoteatrlarda ancaq donuzlar oturur” ziddiyyətli ifadəsi ilə bağlı işə baxmağa başlayıb.

NOCOMMENT.az bu barədə RMF24-ə ustinadən xəbər verir.

Məlumata görə, məhkəmə prosesi Dudanın rejissor Aqneşka Hollandın “Yaşıl sərhəd” filminin tamaşaçıları haqqında söylədiyi sözlərinə görə keçirilir.

Keçmiş prezidentə qarşı iddianı İrqçi və Ksenofob Davranışın Monitorinqi Mərkəzi qaldırıb. Mərkəz hesab edir ki, siyasətçi Aqneşka Hollandın “Yaşıl sərhəd” filminin tamaşaçıları haqqında şərhi ilə “öz ölkəsinin vətəndaşlarını təhqir edib”.

Filmdə Yaxın Şərq və Afrikadan olan qaçqınların Belarus və Polşa arasındakı “yaşıl sərhəd”dən keçərək Avropa İttifaqına (Aİ) çatmağa cəhd etmələrindən bəhs olunur. Rejissor göstərib ki, Belarus təbliğatı necə miqrantları sərhədə cəlb edir və Aİ-yə asan keçid vəd edir.

“Xanım Hollandın Polşa cəmiyyəti, hamımızın təhlükəsizliyi, Polşanın təhlükəsizliyi üçün öz işini görən polyak qulluqçularını bu cür göstərdiyi faktına görə, bu filmi görən Sərhəd Mühafizəsi zabitlərinin “kinoteatrda yalnız donuzlar oturur” şüarını işlətməsinə təəccüblənmirəm”, – Duda o zaman demişdi.

Sonradan bu sözlərlə bağlı TVN24-ün sualına cavab verərkən Duda “İqtibaslar haqqında” qanuna istinad edərək bildirmişdi ki, bu, bəyanat deyildi, sadəcə iqtibas idi.

Xatirə SADİQ

Seçilən
51
nocomment.az

1Mənbələr