Xabi Alonso “Yuventus”un gənc ulduzu Kenan Yıldızı komandasında görmək istəyir.
Publika.az xəbər verir ki, bu barədə məşhur agent Covanni Brankini AS nəşrinə açıqlama verib.
Onun sözlərinə görə, ispan mütəxəssis 20 yaşlı futbolçuya o qədər heyrandır ki, bu transferin baş tutması üçün Kilyan Mbappe istisna olmaqla, istənilən oyunçudan imtina etməyə hazırdır:
”Xabi Alonso Yıldızı “Real”da görmək istəyir. Hazırda “Yuventus” onun üçün 100 milyon avro tələb edir”.
Kənanla “Bayern”də birlikdə çalışdığı dövrdən tanış olan Alonso Çempionlar Liqasındakı qarşılaşmadan əvvəl türkiyəli oyunçuya marağını açıq şəkildə etiraf edib. “Yuventus”un çox yaxşı futbolçuları var və Yıldız onlardan biridir. O, fantastik şəkildə inkişaf edir. Mən onu yaxşı tanıyıram”, - deyə ispaniyalı məşqçi bildirib.