Rusiya prezidentinin xüsusi elçisi Kirill Dmitriev “rəsmi” danışıqlar üçün Vaşinqtona səfər edib.
NOCOMMENT.az bu barədə CNN-ə istinadən xəbər verir.
Mənbələrə görə, Dmitriyevin Tramp administrasiyasının nümayəndələri ilə “ABŞ və Rusiya arasında münasibətlərə dair müzakirələri davam etdirmək üçün” görüşəcəyi gözlənilir.
“Axios” xəbər verib ki, Dmitriyev oktyabrın 25-də ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffla görüşəcək.
Səfər Vaşinqtonun Rusiyanın neft sektoruna qarşı sanksiyaların tətbiqi və Budapeştdə Tramp-Putin sammitinin ləğv olunması fonunda baş tutub.
Kremlin Rusiya ilə ABŞ arasında daha sıx iqtisadi əməkdaşlığının tərəfdarı olan Dmitriev bu yaxınlarda Alyaska ilə Rusiyanın Uzaq Şərqi arasında “Tramp-Putin” tunelinin tikintisini təklif etmişdi.
Xatirə SADİQ