AZ

Ukraynaya qarşı vuruşanların xatirəsinə muzeyin əsası qoyuldu – Şimali Koreyada

Şimali Koreya ilə Rusiya arasında dostluq “qanlı döyüşlərin alovunda” möhkəmlənmiş “tarixi zirvəyə” çatıb.

NOCOMMENT.az “AzadlıqRadiosu”na istinadən xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In xaricdəki hərbi əməliyyatlarda həlak olanların şərəfinə inşa ediləcək Memorial Muzeyinin 23 oktyabrda keçirilmiş təməlqoyma mərasimində çıxışı zamanı deyib.

Rəsmi məlumatlara görə, muzey Ukraynaya qarşı müharibədə Rusiyanın tərəfində vuruşmuş Şimali Koreya əsgərlərinin şərəfinə yaradılacaq. Pxenyan və Moskvanın etiraf etdiyi kimi, Şimali Koreya əsgərləri Rusiya ərazisinin Kursk bölgəsində döyüşlərdə iştirak ediblər.

Muzeyin təməlqoyma mərasimində Şimali Koreyanın partiya strukturlarının və dövlət qurumlarının rəhbərləri, eləcə də Rusiya səfiri Aleksandr Matseqora və Rusiya səfirliyinin əməkdaşları iştirak ediblər.

Kim Çen Inın sözlərinə görə, Şimali Koreya hərbçilərinin sonuncu qrupu 2024-cü il oktyabrın 23-də müharibəyə yola düşüb. O, bildirib ki, müqəddəs missiyaya sadiq qalaraq öz həyatları müqabilində əldə etdikləri qələbə ilə vətənə qayıdanların müqəddəs ruhunun əbədiləşdirilməsi üzrə böyük iş tezliklə başlayacaq.

O, iddia edib ki, Şimali Koreya ordusu “vəhşi neonasistləri darmadağın edib və beynəlxalq reaksiya düşərgəsinə hədsiz təşviş və qorxu gətirib”.

Şimali Koreya rəsmi olaraq Rusiya tərəfində döyüşmək üçün qoşun göndərən yeganə ölkə olub. Avqust ayında Kim Çen In Kursk vilayətindəki döyüşlərdə iştirakına görə öz hərbçilərini mükafatlandırıb və həlak olanların ailələri ilə görüşüb.

Cənubi Koreya və Qərb kəşfiyyatının hesablamalarına görə, həlak olanların ümumi sayı bir neçə min ola bilər.

Xatirə SADİQ

Seçilən
38
nocomment.az

1Mənbələr