AZ

ABŞ sanksiyalarından sonra müttəfiqləri Rusiya neftindən imtina etməyə başladı - Çin, Hindistan...


Çinin dövlət şirkətləri ABŞ-ın Rusiyanın “Rosneft” və “Lukoil” şirkətlərinə sanksiya tətbiq etməsindən sonra Rusiya neftinin alışını müvəqqəti olaraq dayandırıb.

“Reuters” mənbələrə istinadən xəbər verir ki, Çinin PetroChina, Sinopec, CNOOC və Zhenhua Oil şirkətləri neftinin alışını dayandırıb. Mənbələr bildirib ki, bu şirkətlər ən azından qısa müddətdə Rusiya enerji təchizatının dəniz yolu ilə daşınmasından imtina edəcəklər.

Məlumata görə, “Rosneft” və “Lukoil” neftin böyük hissəsini Çinə birbaşa deyil, vasitəçilər vasitəsilə satırlar. İdxalın əhəmiyyətli bir hissəsi özəl neft emalı zavodları üçün nəzərdə tutulan daşınmalardan ibarət olub. “Reuters”ə açıqlama verdiyi treyderlər isə bildiriblər ki, sözügedən neft emalı zavodları Rusiyadan neft alışını dayandıra bilər, lakin sonradan onları bərpa etməyə çalışacaqlar.

Mənbələr bildiriblər ki, Hindistanın dövlətə məxsus neft emalı zavodları da Rusiyadan birbaşa tədarükdən çəkilmək üçün müqavilələrini nəzərdən keçirməyə başlayıblar. “Bloomberg” mənbələri isə bildirib ki, Hindistan ABŞ-ın yeni sanksiyalarından sonra Rusiya neftinin alışını tamamilə dayandıra bilər.

TAHİR

Seçilən
5
baki-xeber.com

1Mənbələr