Ajans.az The Sun-a istinadən xəbər verir ki,oğlan əvvəlcə dostunu taxta çubuqla vurub, sonra isə mişarla cəsədi məktəb çantasına sığacaq hissələrə bölüb. Şübhəli hadisəni izah edərək bildirib: "Sadəcə kimisə öldürməyin necə olduğunu bilmək istəyirdim." Faciə hər iki oğlanın oxuduğu məktəbdə baş verib. Hüquq-mühafizə orqanları hadisənin bütün detallarını araşdırır. Müəllimlərdən biri deyib: "Bu, şokdur. Heç kim burada belə bir şeyin baş verə biləcəyini təsəvvür edə bilməzdi. Hadisə cəmiyyətdə böyük rezonans yaradıb, məktəbdə valideynlər və şagirdlər arasında ciddi narahatlıq doğurub. Ekspertlər hesab edirlər ki, bu hadisə yalnız məktəbin deyil, həm də bütün cəmiyyətin yaddaşında iz buraxacaq və yeniyetmələrin mənəvi dəstəyi, təhlükəsizliyi və psixoloji sağlamlığı ilə bağlı suallar yaradır.