"Səhvlərimiz üzərində işləyəcəyik".

Offsideplus.az xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev "Karvan-Yevlax"ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Təcrübəli mütəxəssis bu qələbənin onlar üçün çox vacib olduğunu da bildirib:

"Komandamın performansı yetərincə yaxşı deyildi. Səhvlərimizin üzərində işləyəcəyik. Qələbə bizim üçün çox vacib idi".

O, Rəhim Sadıxovun görüşün start heyətində başlamağı ilə bağlı sualı da cavablandırıb:

"Rəhim ötən oyunda yaxşı oynamışdı. Məşqlərdə də yaxşı çalışır. Ona görə bu gün onun başlamağına qərar verdik".