Görkəmli aktyorConni Depp uzun fasilədən sonra klassik rolla kinoya qayıdır.
Kulis.az xəbər verir ki, "Paramount" studiyasının istehsalını planlaşdırdığı "Ebenezer: Milad nəğməsi” filmindəDepp baş rolda çəkiləcək.
Filmin rejissoruTi Uestdir. Bu filmaktyorun Amber Herdlə olan qalmaqallı boşanmasından sonra ilk iri layihələrindən biridir.
Qeyd edək ki, Deppin həmçinin “Karib dənizinin quldurları” franşizasına qayıtması ilə bağlı danışıqlar davam edir.