ain.az bildirir, GlobalInfo portalına istinadən.
Moldovanın keçmiş prezidenti, hazırda Kommunist Partiyasından parlament deputatı olan Vladimir Voronin jurnalistə qarşı qeyri-etik hərəkət edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Newsmaker” nəşri məlumat yayıb.
O, sözügedən nəşrin jurnalisti Korina Malkoçanın sualına cavab olaraq dil çıxardıb.
Belə ki, jurnalist Voroninə yaxınlaşaraq sual verib, lakin o, cavab əvəzinə dilini göstərməyə davam edib və “Daha yaxın gəl!” deyərək hərəkətini təkrarlayıb.
“Newsmaker” Voroninin hərəkətini qınayan bəyanat yayıb.
Safura Bənnayeva
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.