AZ

"Zirə" ilə oyun ərəfəsində "Sumqayıt"da üzlər gülür

Misli Premyer Liqasının 9-cu turunda "Zirə"nin qonağı olacaq "Sumqayıt" matça tam heyətlə hazırlaşır.

Bunu Fanat.Az-a açıqlamasında "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev deyib:

"Uzun müddətə sıradan çıxan Ayxan Süleymanlının durumu bəllidir. Onu nəzərə almasaq, hazırda heyətdə nə cəzalı oyunçu var, nə də zədəli. Komanda "Zirə" ilə oyunun hazırlıqlarını tam heyətlə davam etdirir". 

Qeyd edək ki, "Zirə" - "Sumqayıt" qarşılaşması sabah keçiriləcək. Matçın start fiti 18:30-da səsləndiriləcək.

Nihat

Seçilən
6
1
fanat.az

2Mənbələr