Məşhur aktyor Antonio Banderas qızını gəlin köçürüb.
BAKU.WS xəbər verir ki, onun qızı Stella Banderas evlənib. Stella aktyorun Melani Qriffitinlə evliliyindən dünyaya gələn qızıdır.
27 yaşlı Stella uşaqlıqdan sevdiyi Aleks Qrusinski ilə evlənib. Onların toyu Los-Ancelesdə baş tutub.
Toy mərasimi ailə üzvləri və yaxın dostların iştirakı ilə keçirilib.
Qeyd edək ki, Stella həm aktrisa, həm də model kimi çalışır.