Rusiya ilk dəfə Odessa bölgəsinə hava bombaları ilə hücum etdi
Ajans.az xəbər verir ki,bu barədə UNIAN Odessa Regional Administrasiyasının rəhbəri Oleq Kiperə istinadən məlumat yayıb. Rəsmi bildirib: “Bugünkü hava hücumu zamanı Rusiya ordusu ilk dəfə olaraq bölgəmizdəki mülki infrastrukturlara qarşı idarə olunan hava bombalarından istifadə etdi. Bu, Odessa bölgəsi üçün yeni və ciddi bir təhdiddir.” O, həmçinin qeyd edib ki, bu cür zərbələr insan həyatı üçün böyük təhlükə yaradır və əhəmiyyətli dağıntılara səbəb ola bilər.