AZ

Rektorun bağlanmış bankının dövlətə borcu yarım milyona çatdı

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Ləğv prosesində olan “Muğanbank” ASC-nin dövlət qarşısında vergi borcunun miqdarı yarım milyon manata çatır. 

Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestri bazasından məlumat əldə edib.

Məlumata görə, ləğv edilmiş bankın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 498 719.56 manat vergi borcu mövcuddur.

Qeyd edək ki, “Odlar Yurdu” Universitetinin təsisçisi Əhməd Vəliyevə məxsus “Muğanbank” ASC-nin lisenziyası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə ləğv edilib. Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğanbank” ASC müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
1
azpolitika.info

2Mənbələr