BAKI, 24 oktyabr. TELEQRAF
Britaniyalı siyasətçi Corc Qellouey Avropa İttifaqı liderlərinə Rusiya Prezidenti Vladimir Putinin “Tomahawk” raketləri ilə Rusiya ərazisinə zərbələrin nəticələri barədə dediklərinə qulaq asmağı məsləhət görüb.
Teleqraf xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
Putinin sözlərinə qulaq asın. Əgər nəsilləriniz bir şəkildə salamat qalsa, bunun özü sizin başınıza gələnləri izah edə bilər”, - o deyib.
Corc Qellouey Avropa ölkələrini Rusiya liderinin xəbərdarlıqlarını ciddiyə almağa çağırıb.
Qeyd edək ki, britaniyalı siyasətçi bu fikri ABŞ-dən “Tomahawk” raketlərinin Ukraynaya mümkün tədarükü ilə əlaqədar səsləndirib. Moskva bunun nəticələri barədə xəbərdarlıq edib.