"Biz etiraf etməliyik ki, son dövrlərdə çoxsaylı hadisələr baş verir - bəziləri qəsdən törədilən, bəziləri isə təsadüfi yanğınlar, həmçinin muzeylərdən oğurluqlar. Bu da o deməkdir ki, cinayətkar qruplar dövlətin mədəni irsini qorumaqda zəif və aciz olduğunu yaxşı dərk ediblər."
Siyasətçi qeyd edib ki, hökumətin bu məsələ ilə bağlı laqeyd münasibəti artıq uzun illərdir davam edir:
"Burada məsələ maliyyə çatışmazlığında deyil, fəaliyyətsizlikdə və yanlış qərarlardadır. 2019-cu ildə, məsələn, muzeydəki vitrinlər dəyişdirildi, amma daha keyfiyyətsizləri ilə əvəz olundu. Buna görə də cavabdeh şəxslər müəyyən edilməlidir. Kiməsə məsuliyyət etibar edilirsə, o məsuliyyət daşımalıdır."
Qeyd edək ki, oktyabrın 19-da dörd nəfərdən ibarət qrup Luvra gətirdikləri avtoqaldırıcı vasitəsilə muzeyə daxil olaraq "Apolon Qalereyası"ndakı vitrinləri sındırıb və ümumilikdə doqquz ədəd zinət əşyasını oğurlayıb. Onların arasında Napaleon III-ün həyat yoldaşı imperatriça Evgeniyə məxsus, 1354 brilyantla bəzədilmiş tac da olub. Cinayətkarlar hadisə zamanı bu tacı yerə salaraq tərk ediblər. Paris prokuroru Lora Beko bildirib ki, oğurluğu peşəkar cinayətkarlar həyata keçirib və oğurlanan zinət əşyalarının ümumi dəyəri 88 milyon avro olaraq qiymətləndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31