Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Türkiyədə siyasi gündəm yenidən gərginləşib. İstanbul Baş Prokurorluğu şəhərin bələdiyyə sədri Əkrəm İmamoğlu və “Tele1” televiziya kanalının baş redaktoru Mərdan Yanardağ barəsində casusluq ittihamı ilə istintaq başladıb. Teleqrafın xəbərinə görə, istintaq çərçivəsində həm İmamoğlu, həm də onun yaxın ətrafından olan Necati Özkan və jurnalist Mərdan Yanardağ “casusluq” və “şəxsi mənfəət naminə cinayətkar dəstə yaratmaq” ittihamları üzrə dindiriləcəklər. Məlumata əsasən, Mərdan Yanardağ artıq saxlanılıb.
Xatırladaq ki, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu bundan əvvəl, mart ayında korrupsiya ittihamı ilə həbs olunub. Bu yeni istintaq dalğası isə həm yerli, həm də beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub.
Xarici siyasət üzrə türk ekspert Aydın Sezer Sherg.az-a açıqlamasında İmamoğluna qarşı casusluq ittihamı ilə istintaqın başlanması və Merdan Yanardağın saxlanılması qərarının Türkiyədə yenidən təəccüb doğurduğunu bildirib:

"Bu qərarların hüquqi tərəfi olduğuna dair ictimaiyyətdə ciddi şübhələr var. Belə istintaqların CHP-yə qarşı aparılan əməliyyatların davamı xarakteri daşıdığı düşünülür. Həm İmamoğlu, həm də Merdan Yanardağ kimi ictimai fiqurların “casusluq” kimi bir ittihama məruz qalması həqiqətən düşündürücüdür. Amma Türkiyədə artıq heç kim heç nəyə təəccüblənmir. Mən bu qərarın hüquqi olduğuna inanmıram. Bunun siyasi qərar olduğuna inanıram".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.