Türkiyə sahillərində faciyə: 14 miqrant həlak olub
                    
                        Ajans.az Haber Global-a istinadən xəbər verir ki, gəmidə 18 nəfər olub. Qəzada onlardan 14-ü ölüb. İki nəfər xilas edilib, itkin düşmüş daha iki nəfərin tapılması üçün isə axtarış-xilasetmə işləri davam edir. Hadisə yerinə üç sahil mühafizəsi qayığı, bir helikopter və ixtisaslaşmış dalğıc qrupu göndərilib. 
                        
                    
                    
                
                
                
             
         
        
     
 
 
 
         
        
        
        
        
