AZ

Fazil Mustafa: “Niyə təqaüdçünün övladı pulsuz müsabiqəyə qatıla bilmir?!”

“Müəllim ən az maddi imkanı təminatı olan kateqoriyaya aiddir. Bu sahədə repetitorluqla məşğul olanlar istisna olmaqla digər müəllimlərin gəlir səviyyəsi yüksək olmur. Biz qənaəti müəllim üzərindən niyə etməliyik?! Dövlət yaxşı müəllim üçün imkan yaratmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O, güzəştli kateqoriyaya daha çox şəxslərin əlavə edilməsini təklif edib:

“Güzəşt müharibə veteranlarının övladlarına da şamil olunmalıdır. Təqaüdçünün artıq gəliri yoxdur. Niyə təqaüdçünün övladı pulsuz müsabiqəyə qatıla bilməsin?! Heç olmasa, bu kimi kateqoriyalarda biz onları nəzərə almalıyıq”.

Günay Şahmar, Biizm.Media

Seçilən
76
1
bizim.media

2Mənbələr