Bakı. Trend:
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu(İKZF) satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yeniyaşayış sahələri alacaq.
Trend-inməlumatına görə, vətəndaşların tələbatı nəzərə alınaraq yaşayışsahələrinin satın alınması Sumqayıt şəhər inzibati ərazisinintərkibində yerləşən yaşayış massivləri üzrə həyata keçiriləcək.
Bildirilib ki, satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrəyaşayış sahələri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə təsdiq edilmiş“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayışsahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”na uyğunolaraq vətəndaşların yaşayış sahəsi ilə təmin edilməsi məqsədi iləyaşayış sahələrinin satın alınması nəzərdə tutulur.
“İştirakçılar tərəfindən satınalma predmetinin ümumi həcmindəndaha az həcmdə yaşayış sahəsi təklif edildikdə satınalan təşkilatbu təkliflər üzərindən qiymətləndirmə edərək qalibi müəyyən edir.Bu halda təchizatçıların təqdim edəcəyi yaşayış sahələrinin ümumisahəsi 20000 kv.m-dən az olmamalıdır. Satınalma predmetinə dairdigər tələblər şərtlər toplusunun (B) mallara dair tələblərhissəsində nəzərdə tutulub”, - məlumatda vurğulanıb.
İKZF artıq bununla bağlı işlərə start verib.
Fond satın alınması nəzərdə tutulan yaşayış sahələrinəümumilikdə 200,4 milyon manat sərf olunacağını proqnozlaşdırıb.