AZ

Dəriyə zərər verə biləcək baxım vasitələri: Gözəllik üçün istifadə etdiyimiz məhsullar təhlükə yarada bilər

Dəriyə qulluq məqsədilə istifadə edilən bəzi məhsullar düzgün seçilmədikdə, əksinə, dəriyə zərər verə bilər.


Pravda.az bildirir ki, parlaq və sağlam dəriyə sahib olmaq üçün istifadə olunan vasitələrin tərkibi və istifadəsi tezliyi diqqətlə seçilməlidir.


Məsələn, üz üçün tez-tez istifadə edilən pilinqlər dərinin səthi qatını zədələyərək qoruyucu baryeri poza bilər. Sızanaq müalicə vasitələri dərini həddindən artıq quruda və həssaslaşdıra bilər. Gua sha daşı ilə edilən masajlar qan dövranını artırsa da, dəridə damar partlamalarına və göyərmələrə səbəb ola bilər.


Bundan başqa, quru fırçalama üsulu və alkoqollu salfetlər həssas dərilərdə qıcıqlanma və iltihaba yol aça bilər. Kimyəvi eksfoliantların (AHA/BHA) düzgün istifadə edilməməsi isə dərinin qoruyucu qatını zəiflədərək quruluq və qızartı yarada bilər.


Mütəxəssislər həmçinin qara nöqtə bantlarının (blackhead strips) də ehtiyatla istifadə olunmasını tövsiyə edir. Çünki bu bantlar bəzən təkcə kir və ya yağı deyil, dərinin təbii yağ balansını da aradan qaldıra bilər.


Qeyd: Sağlam dəri üçün ən vacib məqam – məhsulları dəri tipinə uyğun seçmək və istifadədə balansı qorumaqdır.


Əminə Bayramova 

Tarix: 24 Oktyabr 2025, 16:02   
Seçilən
99
pravda.az

1Mənbələr