AZ

“Barselona”da ciddi itki – “El Klasiko”nu buraxacaq

“Barselona”nın futbolçusu Rafinya “Real”la keçiriləcək “El Klasiko” matçını buraxacaq.

İdmanxeber.az xəbər verir ki, braziliyalı cinah oyunçusu zədəsini tam bərpa edə bilmədiyi üçün qarşılaşmada iştirak etməyəcək. Dünən özünü yaxşı hiss edən Rafinya bu gün keçirilən məşq zamanı yenidən ağrıları olduğunu bildirib.

Xatırladaq ki, “Real” – “Barselona” matçı oktyabrın 26-da, saat 19:15-də start götürəcək.

Seçilən
85
idmanxeber.az

1Mənbələr