AZ

Zəngəzur dəhlizi təkcə türk dövlətləri üçün deyil, həm də digər ölkələr üçün böyük əhəmiyyət kəsb edir - TDT baş katibi

Bakı. Trend:

Zəngəzur dəhlizinin açılması təkcə türk dövlətləri üçün deyil,həm də digər ölkələr üçün böyük əhəmiyyət kəsb edir.

Bunu Trend-ə TDTbaş katibi Kubançıbek Ömürəliyev Bakıda keçirilən Türk DövlətləriTəşkilatının (TDT) üzv dövlətlərinin sənaye, elm, texnologiya vəinnovasiyalar nazirlərinin II iclası çərçivəsində bildirib.

“Orta Dəhlizin əsas arteriyalarından biri hesab olunan Zəngəzurdəhlizi təkcə türk dövlətləri üçün deyil, həm də Qafqaz regionuölkələri, İran və Avropa İttifaqı daxil olmaqla digər dövlətlərüçün də böyük əhəmiyyət daşıyır. Bu, Asiya ilə Avropa arasındanəqliyyat dəhlizinin formalaşması ilə bağlıdır. Bu dəhlizingerçəkləşməsi nəticəsində nəqliyyat potensialı ikiqat artacaq,yükdaşımalar üçün məsafə isə daha qısa olacaq”, - deyə o qeydedib.

TDT baş katibi vurğulayıb ki, Orta Dəhliz əslində tarixi Böyükİpək Yolunun bir hissəsidir.

“Tarixən və ənənəvi olaraq Orta Dəhliz adlandırılan buTransxəzər marşrutu bu gün getdikcə daha real və stratejiəhəmiyyətə malik bir layihəyə çevrilir”, – deyə o əlavə edib.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.

Seçilən
102
1
az.trend.az

2Mənbələr