AZ

Gürcüstanın keçmiş Baş nazirindən 1 milyon lari girov pulu tələb olunur

Bakı. Trend:

Gürcüstanda sabiq Baş nazir və hakim “Gürcü Arzusu” partiyasınınkeçmiş lideri İrakli Qaribaşviliyə qarşı rəsmi ittiham irəlisürülüb.

Trend xəbər verirki, bu barədə Gürcüstanın Baş prokuroru Qeorgi Qvarakidze keçirdiyibrifinqdə bildirib.

Gürcüstanın Baş Prokurorluğu qanunsuz gəlirlərinleqalizasiyasında ittiham olunan Qaribaşvilinin azadlıqda qalmasımüqabilində 1 milyon lari (626,323.00 manat - red) girov pulu tələbedir.

“Prokurorluq məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxsbarəsində qətimkan tədbiri kimi 1 milyon lari məbləğində girovseçilməsi barədə vəsatət qaldırıb. Girov həm pul şəklində, həm dədaşınmaz əmlakla təmin edilə bilər”, – deyə Qvarakidzebildirib.

Qeyd edək ki, İrakli Qaribaşvili 2013–2015 və 2021–2024-cüillərdə Gürcüstanın Baş naziri vəzifəsini tutub. Bundan əlavə, o,müxtəlif illərdə daxili işlər naziri və müdafiə naziri kimi dəçalışıb.

Seçilən
17
1
az.trend.az

2Mənbələr