“Rusiyanın Saxalin-2 layihəsindən mayeləşdirilmiş təbii qaz tədarükü Yaponiyanın enerji təhlükəsizliyində son dərəcə mühüm rol oynayır”.
NOCOMMENT.az Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Yaponiyanın sənaye naziri Resei Akazava bəyan edib.
Onun sözlərinə görə, qaz tədarükünün dəyişdirilməsi baha başa gələcək və elektrik enerjisinin qiymətlərinin artmasına səbəb olacaq.
ABŞ-nin maliyyə naziri Skott Bessent isə öz növbəsində Tokionu Rusiyadan enerji almağı dayandırmağa çağırıb. O, bu çağırışını prezident Donald Trampın Yaponiyaya səfəri ərəfəsində səsləndirib.
Bu arada Brüsseldə keçirilən Avropa Şurası saammiti çərçivəsində kansler Fridrix Merts jurnalistlərə deyib ki, o, “Rosneft”in Almaniyadakı törəməsinin ABŞ sanksiyalarından azad olunacağını gözləyir. O, bildirib ki, Vaşinqtonun “Rosneft Deutschland” törəmə şirkəsi üçün istisna edəcəyinə əmindir və o, bu məsələni Ağ Evlə müzakirə etmək niyyətindədir.
“Rosneft Deutschland” törəmə şirkəti hazırda müvəqqəti olaraq Almaniya dövlət idarəçiliyi (trast) altındadır. Şirkət faktiki olaraq “Rosneft”-dən deyil, Almaniya dövləti tərəfindən idarə olunur.
Xatirə SADİQ