AZ

Qaradağda ətraf mühiti çirkləndirən və nümunəvi sürücülər aşkarlandı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Bu gün Qaradağ rayonunda ölkə üzrə keçirilən “Təmiz hava” aylığı çərçivəsində tədbir baş tutub.

Avtosfer.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Qaradağ rayon DYP Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbir zamanı nəqliyyat vasitələrindən ixrac olunan zəhərli qazların miqdarı ölçülüb. DYP əməkdaşları qanunun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə sürücüləri saxlayıb və avtomobillər yoxlanılıb. Qaydaları kobud şəkildə pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

Bakı şəhər DYP İdarəsinin bölmə rəisi polis mayoru Toğrul Nəsirli sürücülərlə maarifləndirici söhbət apararaq onlara qanunvericiliyin tələblərini izah edib. Qeyd olunub ki, ətraf mühitin qorunması hər kəsin borcudur, sürücülər isə idarə etdiyi nəqliyyat vasitəsindən ixrac olunan zərərli qazların miqdarının normalar çərçivəsində olmasına nəzarət etməli, avtomobili saz vəziyyətdə saxlamalıdır.

Ətrar mühitə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkarlanan avtomobillərin sürücülərinə cərimə yazılıb. Bəzi sürücülərə isə xəbərdarlıq edilib.

Tədbir çərçivəsində yoxlanılan avtomobillərin əksəriyyəti normalara cavab verib. Bu səbəbdən də yol polisləri həmin sürücülərə avtomobilə göstərdikləri qulluğa, ekologiyaya qarşı həssas yanaşmaya görə təşəkkür edib.

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
avtosfer.az

1Mənbələr