AZ

Sertifikasiya imtahanında 50 bal yığan müəllimlərin maaşı daha çox artmalıdır - Vüqar Bayramov

Bakı. Trend:

Hazırda ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sayı 150minə yaxındır. Müəllim kimi çalışanların 120 mindən çoxu qadın,cəmi 25 mindən çoxu isə kişidir.

Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentinbugünkü plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, təhsil sektorunda genderbərabərliyinin nəzərə alınması çox vacibdir:

“Araşdırmalara görə, bunun əsas səbəblərindən biri müəllimlərinorta aylıq əməkhaqqının respublika üzrə orta əməkhaqqıdan aşağıolmasıdır”.

O, sertifikasiya prosesinin təkmilləşməsinə ehtiyac olduğunubildirib:

“Sertifikasiya ilə bağlı qaydalara yenidən baxılmasını təklifedirəm.

Həmçinin, MİQ imtahanlarında iştirak etmək üçün rüsumdan azadedilən güzəştli kateqoriyanın sırasına keçmiş məcburi köçkünlərində əlavə edilməsini təklif edirəm.

Hazırda 51 və daha çox bal toplayanların əmək haqlarına 35 faizartım əlavə olunur. 30 və 50 bal nəticə göstərənlərə isə 10 faizartım əlavə olunur. 50 bal 84 faizə yaxın nəticə deməkdir. 80faizdən yüksək bal yığmaq bal yığmaq A kateqoriyadır və buna dahayüksək əməkhaqqı artımına şamil edilməlidir. 80 faiz daha çox baltoplayanların əməkhaqları daha çox artmalıdır”.

Deputat MİQ imtahanlarında ödənişli imtahanlardan azadolunanlara keçmiş məcburi köçkünlərin də əlavə olunmasını təklifedib.

Seçilən
16
1
az.trend.az

2Mənbələr