AZ

Ərdoğan danışıqlar üçün məkan təklif etdi

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Dialoqun münaqişəyə son qoymaq üçün faydalı olduğuna inanaraq, mümkün Rusiya-ABŞ sammiti üçün öz platformamızı təklif edirik”. 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Cebheinfo.az”-ın məlumatına görə, Körfəz ölkələrinə səfər turundan qayıdan Türkiyə Prezidenti jurnalistlərə açıqlamasında bu barədə danışıb. “Burada bir daha Türkiyənin sülhə yanaşmasındakı əhəmiyyəti ortaya çıxıb. Biz istənilən vaxt belə bir görüşə ev sahibliyi etməyə hazırıq. Budapeştdəki görüşün baş tutmaması təəssüf doğurur. 

Biz inanırıq ki, istənilən dialoq bu müharibəyə son qoymaq üçün faydalıdır. Biz bunu lap əvvəldən müdafiə etmişik, üzərində işləmişik, ədalətli sülhün mümkünlüyünü bəyan etmişik. Hər iki tərəflə yaxşı münasibətlərimiz var və hər iki tərəfin etimadını qazanmış bir ölkəyik. Bu, bizə sülh yolunda üstünlük verir və biz bu vəziyyətdən bəşəriyyətin xeyrinə istifadə etmək niyyətindəyik”. 

Müşfiq Abdulla 

“Cebheinfo.az

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
73
1
cebheinfo.az

2Mənbələr