AZ

Portuqaliyalı səyyah Qarabağ Universiteti ilə Portuqaliyal ali təhsil müəssisəsi arasında mübadilə proqramı təklif edib

Bakı. Trend:

Mən Qarabağ Universiteti və Portuqaliyanın “Atlantico BusinessSchool” təhsil ocağı arasında əməkdaşlıq haqda protokolunimzalanmasını təklif etmişəm.

Trend xəbər verirki, bunu xarici səyyahların Qarabağ səfərinin yekunlarına dairBakıda keçirilən mətbuat konfransında portuqaliyalı səyyah JuaoPaulo Peyşoto deyib.

Onun sözlərinə görə, sənəd bir neçə əsas əməkdaşlıq istiqamətininəzərdə tutur: iki ali təhsil müəssisəsi arasında tələbəmübadiləsi; müəllim mübadiləsi. Bu çərçivədə QarabağUniversitetinin müəllimləri Portuqaliyada dərs deyə, portuqaliyalımütəxəssislər isə Azərbaycanda tədris apara biləcəklər.

Bundan əlavə, protokol birgə elmi və tədqiqat layihələrini dəehtiva edir. Bu layihələrə Azərbaycanda sahibkarlığın öyrənilməsivə hər iki ölkədə sahibkarlıq dinamikasının müqayisəli təhlilidaxildir. Həmçinin birgə konfransların keçirilməsi planlaşdırılır -illik forumlar növbəli şəkildə Azərbaycanda və Portuqaliyada təşkilolunacaq.

“Biz bunu ölkələrimiz arasında akademik əməkdaşlığın və təcrübəmübadiləsinin inkişafı üçün real imkan kimi nəzərdən keçiririk”, -deyə Peyşoto vurğulayıb.

Qeyd edək ki, səkkiz ölkədən olan səyahətçilər qrupuna “ExtremeTraveler International Congress” (ETIC – Beynəlxalq EkstremalSəyyahlar Konqresi) klubunun rəhbəri Kolya Sporin rəhbərlikedir.

Nümayəndə heyəti Ağdam–Xankəndi–Laçın–Şuşa–Füzuli marşrutu üzrəiki günlük avtomobil səyahəti həyata keçirib.

Azad olunmuş ərazilərin "black tourism" (qara turizm)çərçivəsində tanıdılması və genişmiqyaslı tikinti və bərpaişlərinin nümayiş etdirilməsi məqsədilə aparıcı beynəlxalqsəyahətçi klubları 2021–2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzurbölgələrinə 14 səfər təşkil edib. Bu, artıq 15-ci beləsəfərdir.

Məqalədə:
Seçilən
49
az.trend.az

1Mənbələr