ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Çin hökuməti Ukraynada dialoq və sülhü qətiyyətlə dəstəkləməyə davam edir".
Oxu.Az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Çin XİN-in rəsmi nümayəndəsi Qo Tszyakun Ukrayna Prezidenti Volodimir Zelenskinin Pekinin Kiyevə kömək etmək istəməməsinə dair sözlərini şərh edərkən bəyan edib.
"Çin Ukrayna böhranı ilə bağlı mövqeyini həmişə məsələnin mahiyyətindən irəli gələrək müəyyən edib, atəşkəs üçün səylər göstərib, barışıq tərəfdarı olub və danışıqlara dəstək göstərib", - deyə o bildirib.
Qo Tszyakun əlavə edib ki, beynəlxalq ictimaiyyət Çinin səylərinin şahididir.
Bir qədər əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Çin Ukraynaya kömək etməkdə maraqlı deyil, habelə Rusiyanın məğlubiyyətini istəmir. Ukrayna liderinin sözlərinə görə, ÇXR Sədri Si Cinpin ona bildirib ki, Kiyevə silah satmaq niyyətində deyil.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.