AZ

"Qarabağ"ın oyununa bilet satışı başladı

"Qarabağ" Premyer Liqanın 9-cu turunda "Şamaxı" ilə qarşılaşacaq.

Fanat.Az xəbər verir ki, bazar günü baş tutacaq matça bilet satışı bu gün saat 12:00-dan etibarən başlayıb. 

"iTicket.az"-da onlayn satış ilə yanaşı, oyun günü həm də “Azərsun Arena”nın kassasından bilet əldə etmək mümkündür. 

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Qeyd edək ki, oktyabrın 26-da "Azərsun Arena"da keçiriləcək “Qarabağ” – “Şamaxı” oyununa saat 18:30-da start veriləcək.

Seçilən
54
3
fanat.az

4Mənbələr