AZ

Tez hazırlanan əriştənin təhlükələri

Dietoloq-endokrinoloq Elvina Binatova məşhur olan tez hazırlanan əriştənin (instant noodles) sağlamlığa əsas təhlükəsini açıqlayıb.

Redaktor.az xəbər verir ki, həkim bu haqda life.ru-ya danışıb.

Mütəxəssisin sözlərinə görə, tez hazırlanan əriştənin tərkibindəki dad gücləndiricilər, konservantlar və süni rəngləndiricilər orqanizmə ən çox zərər vuran maddələrdir. Bundan əlavə, bu məhsulun tərkibində çox miqdarda duz olduğundan onun tez-tez qəbulu ürək-damar və böyrək xəstəliklərinin inkişaf riskini artırır.

Binatova bildirib ki, tez hazırlanan əriştədə transyağlar və turşuluq tənzimləyiciləri də olur. Bu maddələr kanserogen sayılır və mədə-bağırsaq sistemi xəstəliklərinə səbəb ola bilər.

Həkimin sözlərinə görə, belə əriştənin əsasını yüngül karbohidratlar təşkil edir, onun tərkibində lif, zülal, eləcə də B qrupu vitaminləri və qida lifləri demək olar ki, yoxdur.

Aytəkin TOFİQQIZI

Seçilən
53
1
redaktor.az

2Mənbələr