AZ

Toy karvanında maşına sayrışan işıq quraşdırıb nömrəsini gizlətdi Polis saxladı VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Abşeronda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq sosial şəbəkədə paylaşan sürücü saxlanılıb.

Avtosfer.az-ın məlumatına görə, 99-PY-355 dövlət nömrə nişanlı “Khazar” markalı avtomobilin sürücüsü maşının ön alın şüşəsinə operativ nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş göy və qırmızı sayrışan işıq siqnalları quraşdırıb. Toy karvanında iştirak edən sürücü, maşının arxa tərəfinə bağladığı tül ilə dövlət nömrə nişanını da gizlədib.

Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları dərhal reaksiya verərək sürücünü saxlayıblar. Keçirilən tədbirlər zamanı onun Ağamuradov Fərman Əmir oğlu olduğu müəyyənləşib. Sürücü barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
avtosfer.az

1Mənbələr