Ukraynanın Jitomir vilayətindəki Ovruç rayonunda naməlum şəxs elektrik qatarında qumbara partladıb.
Sitat.info xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.
Bildirilib ki, həmin şəxs sərhədçilər tərəfindən sənəd yoxlaması zamanı qumbaranı çantasından çıxararaq partladıb. Onun 23 yaşlı Xarkov sakini olduğu qeyd olunur.