Almaniya kansleri Fridrix Merts oktyabrın 29-da Türkiyəyə səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Sebastyan Hille məlumat verib.
Kansler oktyabrın 30-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi, enerji, ticarət, miqrasiya və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.