AZ

Kral Çarz Ukrayna Prezidenti ilə görüşüb

London, 24 oktyabr, AZƏRTAC

Kral III Çarlz Londonda “iradəli ölkələr koalisiyası” adlanan formatda keçiriləcək sammitdə iştirak etmək üçün Böyük Britaniyada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Kralla görüşdən sonra Zelenski Britaniyanın Baş naziri Kir Starmerlə Dauninq Stritdə bir araya gələcək. Daha sonra Ukrayna Liderinin Danimarka və Niderlandın Baş nazirləri, eləcə də NATO-nun Baş katibi ilə görüşü planlaşdırılır.

Günün ikinci yarısında isə sammit keçiriləcək və 20-dən çox ölkə lideri iclasa onlayn şəkildə qoşulacaq.

 
Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
78
5
azertag.az

7Mənbələr