AZ

"Çelsi"nin hücumçusu sağaldı - "Qarabağ"a qarşı oynaya bilər

BAKI, 24 oktyabr. TELEQRAF

"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən olan İngiltərənin "Çelsi" klubunun zədəli futbolçusu Liam Delap sıraya dönüb.

Teleqraf xəbər verir ki, bu barədə "zadəganlar"ın baş məşqçisi Enzo Mareska bildirib.

İtaliyalı mütəxəssis 22 yaşlı hücumçunun oktyabrın 29-da "Vulverhempton"ə qarşı Liqa Kuboku matçında oynamaq şansının olduğunu deyib.

Delap avqustun 30-da "Fulhem"lə Premyer Liqa matçının ilk hissəsində zədələnib.

Qeyd edək ki, Liam Delap ötən yay "İpsviç Taun"dan 31 milyon funt sterlinq qarşılığında "Çelsi"yə keçib.

"Qarabağ"la "Çelsi" noyabrın 5-də Bakıda üz-üzə gələcək.

Seçilən
111
teleqraf.com

1Mənbələr