İnsayder Fabritsio Romano “X” sosial şəbəkəsində “Bavariya”nın baş məşqçisi Vensan Kompani ilə yeni müqaviləsinin detalları barədə məlumat paylaşıb.
İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu belçikalı mütəxəssislə 2029-cu ilə qədər imzalanan müqaviləyə heç bir təzminat maddəsi daxil etməyib. Həmçinin İngiltərə Premyer Liqası klubları üçün xüsusi şərtlər də müqavilədə yer almayıb.
Qeyd edək ki, 39 yaşlı Kompani 2024-cü ildən “Bavariya”nı çalışdırır. Onun rəhbərliyi altında komanda 68 oyuna çıxaraq 50 qələbə, 9 heç-heçə və 9 məğlubiyyət qeydə alıb.