AZ

Yunanıstan nəhəngi Benitesin təyinatını elan etdi

Yunanıstanın "Panatinaikos" klubunda yeni baş məşqçisi təyinatı reallaşıb.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Liverpul"un, "Çelsi"nin və "Real Madrid"in sabiq baş məşqçisi Rafael Benites bu posta təyin edilib. O, bir ay əvvəl baş məşqçi vəzifəsinə təyin olunan Xristos Kontisi əvəzləyib.

Qeyd edək ki, Benites son olaraq ölkəsində "Selta"da işləyib. 65 yaşlı mütəxəssis 2024-cü ilin martından işsiz idi. 

Seçilən
74
1
fanat.az

2Mənbələr