AZ

“Bazarda məhsulların ucuz satılması alıcı üçün xeyirli olmur” - İQTİSADÇI

“Bazarda bəzi məhsulların ucuz satılması hər zaman istehlakçı üçün xeyirli olmur. Minimum qiymət həddi müəyyən edilməsə, təhlükəli məhsulların dövriyyəsi arta bilər”. 

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib. 

Ekspertin fikrincə, dövlət bu sahədə ikili yanaşma tətbiq etməlidir. Burada həm iqtisadi, həm də inzibati nəzarət mexanizmləri paralel işləməlidir:

 

“İqtisadi metod dedikdə minimum qiymət həddinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Belə olan halda, istehsalçı daha ucuz, lakin keyfiyyətsiz məhsulla rəqabət aparmaq imkanını itirir,” – deyə Əmirov qeyd edib.


Onun sözlərinə görə, nəzarət mexanizmləri və minimum qiymət siyasəti birlikdə işlədikdə həm bazar sabitliyi, həm də ictimai sağlamlıq qorunur.

Nəzrin Elxan, Bizim.Media

Seçilən
55
1
bizim.media

2Mənbələr