AZ

Qırğızıstan üçün sənayenin sürətləndirilmiş inkişafı milli iqtisadi siyasətin ən vacib prioritetlərindəndir

Bakı. Trend:

Qırğızıstan üçün sənayenin sürətləndirilmiş inkişafı milliiqtisadi siyasətin ən vacib prioritetlərindəndir.

Trend xəbər verirki, bunu bu gün Qırğızıstanın İqtisadiyyat və Kommersiya naziriBakıt Sıdıkov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT)üzv dövlətlərinin sənaye, elm, texnologiya və innovasiyalarnazirlərinin II iclası çərçivəsində bildirib.

"Apardığımız dövlət sənaye siyasəti sənayenin dayanıqlıinkişafına nail olmağa, onun ÜDM-də payını artırmağa, həmçininsənaye məhsullarının ixrac potensialını və rəqabət qabiliyyətiniyüksəltməyə yönəlib", - deyə o bildirib.

Sıdıkov qeyd edib ki, Qırğızıstanın TDT ölkələri ilə ticarətdövriyyəsinin böyük hissəsi sənaye ehtiyaclarına yönəlmiş mallardanibarətdir ki, bu da sənaye əməkdaşlığının inkişafından xəbər verir.O əlavə edib ki, ilin əvvəlindən Qırğızıstanın TDT ölkələri iləticarət dövriyyəsi 1,7 milyard dollar təşkil edib.

Onun sözlərinə görə, son üç ildə Qırğızıstanda maşınqayırma,yüngül sənaye və qida emalı sahələrində yüzlərlə yeni sənayemüəssisəsi açılıb.

"Qırğızıstan birgə layihələrin inkişafına, qarşılıqlıinvestisiyaların artırılmasına və biznes mühitininyaxşılaşdırılmasına səy göstərir. Əminik ki, bu, bütün ölkələrimizəyüksək nəticələr əldə etməyə və qlobal çağırışlar şəraitində inamlairəliləməyə imkan verəcək. Bu baxımdan Türk İnvestisiya Fondununrolunu qeyd etmək vacibdir. Ümid edirik ki, onun layihə fəaliyyətibütün tərəflər üçün əhəmiyyətli sənaye layihələrininreallaşdırılmasına imkan yaradacaq", - deyə Sıdıqov əlavə edib.

Seçilən
64
az.trend.az

1Mənbələr