AZ

Ağsuda 247 ədəd alkoqollu içki satışdan çıxarıldı – FOTOLAR

Ağsu rayonunda saxtalaşdırma əlaməti olan 247 ədəd alkoqollu içki satışdan çıxarılıb.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, AQTA-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşları tərəfindən Ağsu şəhərində fəaliyyət göstərən “Xəyyam” marketdə və şəhərdə yerləşən məhsulların saxlandığı əsas anbarda plandankənar yoxlama həyata keçirilib.

Yoxlama zamanı aşkar edilmiş 247 ədəd alkoqollu içki satışdan çıxarılıb və saxlanca verilib. Həmin məhsullardan nümunə götürülüb və müayinə üçün AQTA-nın tabeliyindəki Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.

to

to

to

to

Seçilən
8
1
konkret.az

2Mənbələr