Bakı. Trend:
Bakı sənaye və texnologiyalarda sahəsində türk dövlətlərinəməkdaşlıq mərkəzi kimi rolunu möhkəmləndirir.
Trend xəbər verirki, bunu bu gün Türkiyənin Sənaye və Texnologiyalar naziri MehmetFatih Kacır Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzvdövlətlərinin sənaye, elm, texnologiya və innovasiyalarnazirlərinin II iclasındə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, toplantının Azərbaycanın paytaxtındakeçirilməsi Türk dünyasının texnoloji və iqtisadi inkişafıbaxımından Bakının nə dərəcədə strateji əhəmiyyət kəsb etdiyinisimvolizə edir.
O, Bakının strateji əhəmiyyətini vurğulayıb: "Şəhər tarix boyutürk dünyasında xüsusi mövqe tutub, ticarət, energetika, sənaye vətexnologiya sahələrində istiqamətləri müəyyən edib. Zəngin tarixiirs, strateji mövqe və dinamik strukturu Bakını türk dünyasınınümumi kimliyini və gələcəyə baxışını ən yaxşı əks etdirənşəhərlərdən birinə çevirir. Bu günkü toplantımız yenidən bu şəhərintürk ölkələrinin iqtisadi və texnoloji gələcəyində strateji rolunutəsdiqləyir və ortaq məqsədlərə nail olmaq üçün dövlətlərimizarasındakı qardaşlıq əlaqələrini möhkəmləndirir."
Kacır TDT-yə üzv ölkələrin sənaye və texnologiya sahəsindəəməkdaşlığının vacibliyini vurğulayıb və birgə səylərin regionuninnovasiya potensialını gücləndirəcəyinə əminliyini ifadə edib.