AZ

Xankəndidə “WUF13-ə doğru: QHT-lər üçün yeni imkanlar” adlı panel müzakirəsi keçirilib

2025-ci il oktyabrın 20-də Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində “WUF13-ə doğru: QHT-lər üçün yeni imkanlar” adlı panel müzakirəsi keçirilib.

Panel sessiyada ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdir müavini Günel Məlikova, WUF13 Koalisiyasının üzvü Amin Məmmədov iştirak edib.

Sessiya çərçivəsində ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov beynəlxalq tədbirlərin QHT-lər üçün yaratdığı fürsətlərdən, bu platformalarda ekoloji təşəbbüslərin təqdim olunması və beynəlxalq tərəfdaşlıqların qurulmasının əhəmiyyətindən bəhs edib.

Seçilən
66
ekologiya.az

1Mənbələr