Rafael Benitez “Panatinaikos” klubunun baş məşqçisi təyin olunub.
Publika.az xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında yer alıb.
65 yaşlı ispan mütəxəssis 2024-cü ilin martında “Selta”dan ayrıldıqdan sonra işsiz idi. Buna qədər Benitez “Everton”, “Dalyan Pro”, “Nyukasl”, “Real”, “Napoli”, “Çelsi”, “İnter”, “Liverpul” və digər komandaları çalışdırıb.
Hazırda “Panatinaikos” Yunanıstan çempionatında 7-ci, Avropa Liqasında isə 28-ci yerdə qərarlaşıb.
 
                        