ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın “Tomaqavk” raketlərindən istifadəsinə “heyrətamiz və təsiredici reaksiyamız olacaq” açıqlaması heç bir izahat tələb etmir”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu açıqlama “Tomaqavk” raketlərinin çatdırılmasına yox, Rusiya ərazisinə zərbələr endirmək cəhdlərinə hesablanıb. Bəyanat kifayət qədər aydındır və izaha ehtiyac yoxdur”, – o bildirib.
Qeyd edək ki, oktyabrın 23-də Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın “Tomaqavk” raketlərinin Rusiyaya qarşı mümkün istifadəsinə cavab olaraq Ukraynaya “heyrətləndirici” cavab vəd edib.
“Rusiya ərazisinə zərbələr endirmək üçün bu cür silahlardan istifadə edilərsə, cavab böyük olmasa da, çox ciddi olacaq. Qoy onlar bu barədə düşünsünlər”, – dövlət başçısı bildirib.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.